EN

"Azarkeşlərimizin qarşısında ən yüksək nəticə əldə etməliyik" - Orxan Məmmədov

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi barədə danışıb.

"Football-plus.az" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında əvvəlcə millimizin qrupdakı rəqiblərini dəyərləndirib:

"Əsas məqam odu ki, dünya çempionatında 32 komanda iştirak edəcək. Bu, Azərbaycan futbol ailəsi və idman həyatı üçün önəmli tədbir olacaq. İnanırıq ki, millimiz, futbolçularımız layiqli çıxış edəcəklər və ən yüksək yerlərdən birini tutacaq. Püşkatmada bizə düşən komandalar arasında güclülər də var. Hesab edirəm ki, normal bir qrupa düşmüşük. Hesab edirəm ki, ev sahibi komandası kimi azarkeşlərimizin qarşısında ən yüksək nəticə əldə etməliyik. Ona görə də millimizə inanırıq. Bizə və hər bir komandaya uğurlar arzu edirəm. Ən əsası, biz öz qonaqpərvərliyimizi göstərəcəyik. Buna əminəm".

O. Məmmədov yığma komandamız üçün planlaşdırılan baza haqda da söz açıb:

"Minifutbol üzrə millimizin məşq etməsi üçün hazırda bir çox yerdə şərait var. Bazaya qaldıqda, layihə üzərində işlər gedir və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqindən sonra işlər başlanacaq".

O, ölkə turnirində son illər rəqabətin artdığını bildirib:

"Rəqabət güclüdü. Son illərdə "Birbaşa Bakı" və "Aznur" komandaları yüksək yerlər uğrunda mübarizə aparırlar. Bizim üçün də xoş haldı ki, belə rəqabət var. İstəyirik ki, daha çox komandalar rəqabətdə iştirak etsinlər. Federasiya kimi bizim də vəzifəmiz onlara dəstək olmaq və onları peşəkar hala gətirərək çempionatın iştirakçısı etməkdi".

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək. Bu, minifutbol üzrə sayca beşinci dünya çempionatı olacaq.

Xatırladaq ki, yığmamız A qrupunda yer alıb. Millimizin qrupdakı rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub.
Chosen
11
2
football-plus.az

3Sources