Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”ndə “Nilay” obrazını canlandıran aktrisa Feyza Civelek əməliyyat olub.
O, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Qolumla bağlı əməliyyata girirəm. Dualarınızı əsirgəməyin”, - paylaşımda qeyd edib.
Qeyd edək ki, aktrisa ötən ay qolunu sındırdığını açıqlamışdı. Serialın son bir neçə bölümünə də qolu sarğılı çəkilmişdi.
"Cebheinfo.az"