EN

Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb

"Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi."

APA xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda həmçinin deyilir:

"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyyik və və terror təhdidinin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik."

Chosen
20
28
apa.az

10Sources