EN

Ay duman, gəl get Bakıdan...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən,martın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-7°, gündüz 13-18° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 60-65 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° , gündüz 20-25° , dağlarda gecə 2-7° , gündüz 12-17° isti olacaq.

Q.QASIMOV
XQ

Chosen
114
14
xalqqazeti.az

10Sources