EN

"Mümkün qədər tez" sülh istədiklərini bildirdi

Polşa və Türkiyə Ukraynada "mümkün qədər tez" sülh istəyir.

"Unikal" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. 

“Türkiyə kimi Polşa da mümkün qədər tez sülh istəyir. Türkiyə və Polşa ədalətli sülh istəyir", - deyə Tusk bildirib. 

Siyasətçinin sözlərinə görə, Varşava və Ankara ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşünü müsbət qiymətləndiriblər. Tusk qeyd edib ki, Polşa və Türkiyə Kiyev və Vaşinqtonun danışıqlardan razı qalmasından məmnundurlar.

Chosen
28
50
unikal.az

10Sources