Amerikanın "SpaceX" şirkəti "Crew-10" ekipajının tərkibində rus kosmonavt Kirill Peskovla birlikdə "Crew Dragon" kosmik gəmisinin buraxılışını ləğv edib. AFN.az xəbər verir ki, bu barədə şirkətin mütəxəssisləri "SpaceX"in rəsmi saytında yayımlanan məlumatda bildiriblər."Növbəti işə salma fürsətini gözləyəcəyik. Bu həftə bir neçə fürsət var. Biz daşıyıcı-quraşdırıcının sıxac qolu ilə bağlı yerdəki hidravlik problemə görə buraxılışdan imtina etdik. Komandalar bu məsələni araşdırmağa və dəqiq nə baş verdiyini anlamaq üçün daha çox məlumat əldə etməyə davam edəcək" - deyə açıqlamada qeyd edilir."Crew Dragon"un NASA-nın Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılırdı. Peskovdan başqa gəminin heyətinə NASA astronavtları Enn Makkleyn və Nikol Ayers, həmçinin Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Takuya Onishi daxildir.