EN

Britaniyada iqlim fəalları İlon Maska etiraz olaraq “Tesla” robotunu hədəf alıblar

London, 13 mart, AZƏRTAC

İqlim fəalları Londondakı “Tesla” mağazasında robota narıncı boya töküblər.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, “Just Stop Oil” təşkilatının iki fəalı qərbi Londonda yerləşən mağazada nümayiş üçün qoyulmuş displeyə çıxaraq “Optimus” adlı insanabənzər robota narıncı boya töküblər.

Milyarder İ.Mask ABŞ Prezidenti Donald Trampa yaxın müttəfiq hesab olunur və onun “X” platforması (keçmiş “Twitter”) vasitəsilə Britaniya, Almaniya, İtaliya və Rumıniyada sağçı partiya və fiqurları dəstəklədiyi bildirilir. ABŞ-da isə o, hökumətin kiçildilməsi planına rəhbərlik edir. Son həftələrdə ABŞ və Avropanın bəzi “Tesla” mağazalarında İlon Maskın siyasi fəaliyyəti ilə bağlı həm dinc, həm də pozucu etiraz aksiyaları baş verib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
5
2
azertag.az

4Sources