EN

Bolqarıstan Orta Dəhliz çərçivəsində dəmir yolu şəbəkəsinə investisiya yatırır – Rosen Plevneliyev (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

Bolqarıstan Orta Dəhliz çərçivəsində dəmir yolu şəbəkəsinininkişafına 1,8 milyard ABŞ dolları investisiya yatırır.

Bu barədə Trend-ə özəl müsahibəsində Bolqarıstanın sabiqprezidenti Rosen Plevneliyev bildirib.

"Biz müasir Bakı limanını Avropa ilə birləşdirmək üçün dəmiryolu şəbəkəmizə 1,8 milyard dollar yatırırıq. Çindən gələn yüklərBakıya çatdırılacaq, daha sonra Bakı–Qars dəmir yolu ilə, ardıncaTürkiyə üzərindən və Bolqarıstan ərazisindən keçərək Serbiyasərhədinə qədər daşınacaq. Beləliklə, bir neçə il ərzində BakıdanAvropanın mərkəzinə qədər uzanan müasir dəmir yolu bağlantısıformalaşacaq və bu, Orta Dəhliz marşrutu üzrə Çindən Avropaya yükdaşımalarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq", – deyəPlevneliyev bildirib.

O vurğulayıb ki, Azərbaycan yeni strateji layihələrin icrasınayönəlib və bu layihələr böyük nəticələr verəcək.

"Bundan əlavə, Cənub Qaz Dəhlizi genişləndirilir və Avropaya, ocümlədən Bolqarıstana daha çox qaz tədarük edəcək. BolqarıstanRumıniya, Serbiya və Yunanıstanla yeni qaz interkonnektorlarınınqurulmasında mərkəz rolunu oynayacaq və bunun sayəsində Azərbaycanqazı Mərkəzi və Şərqi Avropaya, hətta Ukraynaya qədər çatdırılacaq.Bu istiqamətdə konkret razılaşmalarımız var", – deyə sabiqprezident qeyd edib.

O həmçinin Bolqarıstanın Xəzər dənizi və Azərbaycanı Avropa iləbirləşdirəcək yeni “yaşıl” enerji dəhlizinin bir hissəsi olduğunubildirib.

"Bu layihə milyardlarla investisiyanın cəlb olunmasına səbəbolacaq və ikitərəfli ticarət dövriyyəsini artıracaq. Artıq bizBolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Gürcüstan və digərölkələr üçün Cənub Qaz Dəhlizi qədər vacib olan “yaşıl” enerjidəhlizindən danışırıq", – deyə o əlavə edib.

Bundan başqa, Plevneliyev Qlobal Bakı Forumunun beynəlxalqəməkdaşlıq və dayanıqlı inkişaf üçün əhəmiyyətini yüksəkqiymətləndirib.

"Qlobal Bakı Forumu çoxsaylı hazırkı dövlət və hökumətbaşçılarını bir araya gətirəcək. Bundan əlavə, tədbirdə dünyanınmüxtəlif ölkələrindən, demək olar ki, bütün qitələri təmsil edən ənazı 60 keçmiş dövlət və hökumət başçısı iştirak edəcək. Bu, forumunuğurlu olması üçün mühüm amildir, çünki o, inklüziv platformadır.Burada Çin, Avropa, ABŞ, Mərkəzi Asiya və Afrika nümayəndələriiştirak edir – yəni qlobal məsələlərdə əsas oyunçular bir arayagələcək. Biz hər kəsi dinləyəcəyik, arqumentləri nəzərdənkeçirəcəyik və uzunmüddətli perspektivdə dayanıqlı həll yollarıaxtaracağıq. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mirasısayəsində etmək mümkündür", – deyə o vurğulayıb.

Plevneliyev əlavə edib ki, forum Azərbaycanın sədrliyi iləkeçirilən COP29-un nəticələrini də nəzərə alacaq.

"Mən çətin danışıqların şahidi oldum, lakin biz tarixiəhəmiyyətə malik nəticələr əldə etməyə nail olduq. İndi biz COP30-adoğru irəliləməliyik. Bundan başqa, forum çərçivəsində yenitexnologiyalar, süni intellektin tənzimlənməsi və gənc liderlərinqlobal çağırışların həllində iştirakı müzakirə olunacaq. Burada çoxsayda gənc lider iştirak edəcək. Biz texnologiyaların inkişafı,süni intellektin və digər qabaqcıl texnologiyaların daha yaxşıtənzimlənməsi üçün konkret addımları və həll yollarını müzakirəedəcəyik. Bu, olduqca maraqlı bir tədbir olacaq", – deyə obildirib.

Bolqarıstan
Bolqarıstan
Bolqarıstan
Bolqarıstan
Chosen
14
2
az.trend.az

3Sources