EN

Oleksi Buryaçenko: Amerika və Ukrayna artıq sülh yolunda mövqelərini sinxronlaşdıra bilib

Amerika və Ukrayna artıq sülh yolunda mövqelərini sinxronlaşdıra bilib, bundan sonra proseslər Rusiya tərəfinin qərarından asılıdır. İndi artıq bəlli olacaq ki, Rusiya müvəqqəti atəşkəsin əldə olunmasına razıdırmı, yoxsa növbəti imitasiya və ya siyasi manevrini nümayiş etdirəcək.

“İki sahil” xəbər verir ki, bu fikri Ciddə sövdələşməsini şərh edərkən AZƏRTAC-a açıqlamasında ukraynalı politoloq, siyasi elmlər namizədi Oleksi Buryaçenko söyləyib.

“Tramp adminstrasiyası artıq gördü ki, Ukrayna dövləti konstruktiv dialoqa hazırdır. Ancaq bu, o demək deyil ki, danışıqlarda Ukrayna milli maraqlarını nəzərə almayıb. Belə deyil, Ukrayna üçün əsas şərt milli maraqlarıdır. Bütün hallarda ictimaiyyət üçün edilən birgə bəyanatdan müzakirələr müsbət təəssürat yaratdı. Peşəkar komandaların fəaliyyəti sülhə yol açdı. İndi isə hər şey Rusiyadan asılıdır. Əgər onlar sülh yolundan geri çəkilsələr, sözsüz ki, bütün maskalar cırılacaq və Trampda Putinlə münaqişənin həllinə dair müzakirələrin baş tutacağı illizüyası olmayacaq”, - deyə ukraynalı ekspert əlavə edib.

Ukrayna və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətlərinin Ciddə görüşünü konstruktiv adlandıran O.Buryaçenko bildirib ki, Amerika görüşdə Ukrayna və Avropa tərəfdaşlarının təkliflərinə ciddi yanaşıb.

“Sözsüz ki, əsas nəticələrdən biri bir müddət əvvəl Amerikanın Ukraynaya hərbi yardımın və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etməsidir. Bu, taktiki nəticə üçün fövqəladə vacib idi. Bundan başqa, 8 saatdan çox davam edən danışıqlardan sonra Amerikanın 30 günlük atəşkəsin əldə edilməsinə dair Ukraynanın razılıq verməsi də önəmli addımlardan biridir. Ukrayna tərəfinin təklifi ilə atəşkəs müddətində əsirlərin və ukraynalı uşaqların qaytarılması məsələsi kimi humanitar aksiya da olduqca əhəmiyyətlidir. Danışıqlarda nadir torpaq metalların birgə işlənməsinə dair sazişin imzalanması istiqamətində də vacib razılaşmalar olub. Bu sazişin imzalanması üçün artıq texniki məsələlər qalıb. Baza razılaşmaları əldə edilib. Otuz gün müddətinə atəşkəsin təkcə səma və dənizdə deyil, bütün cəbhə boyu əldə edilməsinə dair Amerika tərəfinin isə təklifi konstruktiv mövqe oldu. Bu qərar növbəti sülh danışıqları üçün təməl bazası yarada bilər. Buna qədər sözsüz ki, Ukrayna Avropa tərəfdaşları, o cümlədən Brianiya ilə də məsləhətləşmələr aparmışdı. Ümumilikdə, bu qərarı tərəflərin sülhə nail olması üçün konstruktiv bir mesajı kimi də qəbul etmək olar. Artıq top Rusiya tərəfinə ötürüldü”, - deyə politoloq qeyd edib.

Chosen
2
1
ikisahil.az

2Sources