UEFA Çempionlar Liqasında 1/4 finalçılar məlum olub.
Modern.az xəbər verir ki, ötən axşam keçirlən 1/8 finalın cavab oyunlarından sonra
1/4 finalda hansı komandaların bir-birinə rəqib olacağına aydınlıq gəlib.
Beləliklə, 1/4 final cütləri aşağıdakı kimi olacaq:
"Barselona" (İspaniya) - "Borussiya" (Dortmund)
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya)
"Arsenal" (İngiltərə) - "Real" (İspaniya)
PSJ (Fransa) - "Aston Villa" (İngiltərə)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.