UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başa çatıb.
Publika.az xəbər verir ki, bununla da, 1/4 final bütün cütləri bəlli olub.
"Atletiko" səddini aşan "Real" "Arsenal"a rəqib olub. Mərhələnin digər maraqlı cütü isə "Bayern" - "İnter"dir. PSJ "Aston Villa" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Barselona"nın yarımfinala gedən yoldakı rəqibi Dortmund "Borussiya"sı olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək. Turnirin final matçı mayın 31-nə təyin edilib.