Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, Saakaşvili hökmünə münasibət bildirib.
O bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib:
"Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim. Bizi qorxuda bilməzlər. Güc birlikdədir!".
Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə "Vivamed" klinikasına köçürülüb.
6Sources
-
nuh.azMixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət ( 16011925)
-
olaylar.azSaakaşvilidən ona oxunan hökmə REAKSİYA ( 16006579)
-
demokrat.azSaakaşvilidən ona oxunan hökmə REAKSİYA ( 16005695)
-
milli.azSaakaşvilidən ona oxunan hökmə REAKSİYA ( 16005191)
-
redaktor.azSaakaşvilidən ona oxunan hökmə MÜNASİBƏT ( 16004237)
-
qafqazinfo.azMixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət ( 16003435)