EN

Dumanlı hava nə vaxt bitir? - AÇIQLAMA 

  Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yexlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.


Chosen
36
49
referans.az

10Sources