EN

Tramp Vensin corablarına "ilişdi": "Fikrimi cəmləyə bilmirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martinlə görüşündə vitse-prezident Ceyms Devid Venslə zarafat edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə rəhbərlərinin görüşündə iştirak edən Devid Vens ayağına İrlandiyanın simvolu olan yonca təsvirli corab geyinib.
Bu məqam Donald Trampın diqqətindən kənarda qalmayıb və o, üzünü vitse-prezidentə tutaraq, zarafatla fikrini cəmləməkdə çətinlik çəkdiyini bildirib.
"Onun corablarını bəyəndim. Fikrimi cəmləməyə çalışsam da, corabların təəssüratı altındayam", - gülərək Tramp söyləyib.
Chosen
3
2
oxu.az

3Sources