EN

Azərbaycan-Şimali Makedoniya əlaqələrinin inkişafi üçün böyük potensial var

Bakı. Trend:

Azərbaycanın əksər Balkan dövlətləri ilə güclü siyasi vəiqtisadi münasibətləri var. Hətta onların bəziləri ilərespublikamızın əlaqələri strateji tərəfdaşlıq və dostluqsəviyyəsinə yüksəlib. Bu sırada ölkəmizin Serbiya, Bolqarıstan,Rumıniya, Monteneqro, Xorvatiya, Albaniya, Yunanıstan və Bosniya vəHerseqovina ilə əlaqələri xüsusi qeyd edilməlidir. Bunların birqismi həm də Azərbaycandan təbii qaz alan Avropa dövlətləridir.

Hazırda Azərbaycanla Balkan dövlətlərindən Serbiya və Albaniyaarasında vizasız gediş-gəliş mümkündür. Monteneqro və Bosniya vəHerseqovina isə Azərbaycanın ümumvətəndaş pasportuna malikvətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydadavizasız gediş-gəliş rejimi tətbiq edir. Bütün bunlar Balkandövlətlərinin Azərbaycanın beynəlxalq münasibətlər sistemindəkirolunu və yerini düzgün qiymətləndirməsindən, respublikamızıetibarlı siyasi və iqtisadi tərəfdaş kimi qəbul etmələrindən irəligəlir. O da təsadüfi deyil ki, Balkan respublikaları bir sıra Qərbdövlətlərindən fərqli olaraq artıq həllini tapmış Qarabağməsələsində Azərbaycanın haqlı mövqeyinə hörmətlə yanaşıblar.Avropa İttifaqının üzvü olan Balkan dövlətləri isə ölkəmizin butəşkilatla münasibətlərinin inkişafına dəstək verirlər.

Şimali Makedoniyanın Prezidenti xanım QordanaSilyanovska-Davkovanın Azərbaycana rəsmi səfərini də ilk növbədəölkəmizlə Balkan dövlətləri arasındakı dostluq əlaqələri vəSkopyenin Bakı ilə münasibətlərə xüsusi maraq göstərməsiprizmasından qiymətləndirmək olar. Qeyd edim ki, AzərbaycanlaŞimali Makedoniya arasında oxşar tarixi məqamlar var. Belə ki, həmAzərbaycanın, həm də Şimali Makedoniyanın müstəqilliyə gedənyolları eynidir. İmperiya siyasətinin qurbanı olan hər iki dövlət1991-ci ildə öz müstəqilliklərini elan ediblər. Amma müstəqilAzərbaycanla müstəqil Şimali Makedoniya arasındakı əlaqələrnisbətən gec yaranıb. Şimali Makedoniya Azərbaycanın müstəqilliyini1995-ci ildə tanıyıb və bundan sonra iki ölkə arasında diplomatikmünasibətlər qurulub. Bu ölkənin keçmiş prezidenti Qeorqe İvanov2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştiraketmək üçün Azərbaycana işgüzar səfərlər edib. Hazırki PrezidentQordana Silyanovska-Davkova isə ilk dəfə 2024-cü ilin noyabrındaCOP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Bu səfərlərə və hər iki dövlətin malik olduğu böyük potensialabaxmayaraq, həm siyasi, həm də iqtisadi sferadakı əlaqələrinsəviyyəsi yetərli deyil. İndiyədək iki ölkə arasında cəmi 5 sənədimzalanıb. Respublikamızda Şimali Makedoniya investisiyalı 5kommersiya qurumu qeydiyyata alınıb və onlardan 3-nün fəaliyyətiaktivdir. Martın 11-də Şimali Makedoniya Prezidenti ilə birlikdəmətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bununla bağlıdeyib:

“Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlərgörülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasdaolmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşusahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günəqədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldəedilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən vənümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu dadolduracağıq”.

Eyni zamanda Prezident İlham Əliyev keçən ilin sonlarındanAzərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırıldığınıqeyd edərək, bunu əlaqələrin müsbət əlaməti kimi dəyərləndirib.Beləliklə, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir vəonlardan biri də Şimali Makedoniyadır.

Yeri gəlmişkən, enerji təhlükəsizliyi hər zaman dünyanı narahatedən məsələlərdən biri olub. Son illərdə isə bu mövzu daha daaktuallaşıb. Dünyada, eləcə də Avropanın özündə cərəyan edənproseslər, Rusiya və Ukrayna arasındakı müharibə Avropadövlətlərini özlərinin enerji təhlükəsizlikləri ilə bağlı daha çoxdüşünməyə vadar edir. Belə bir vaxtda Avropanın enerjiməsələlərində daha çox etibar etdiyi və güvəndiyi dövlətlərdən biriməhz Azərbaycandır. Prezident İlham Əliyevin qeyd etdiyi kimitəxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı iləAzərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıqBəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazıAvropanın 10 ölkəsinin enerji təhlükəsizliyini təmin edir.Azərbaycanın təbii qaz potensialı isə böyükdür və təchizatıncoğrafiyası genişləndirildikcə daha çox Avropa dövləti Azərbaycanqazı ilə isinəcək.

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova daBakıda mətbuata bəyanatı zamanı bu məsələyə toxunaraq AzərbaycanınŞimali Makedoniya kimi ölkələrin ehtiyac duyduğu təbii qaz,bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrildiyinibildirdi. Onun Azərbaycanla bağlı söylədiyi fikirlər və irəlisürdüyü təkliflər isə beynəlxalq səviyyədə ölkəmizə göstərilənyüksək ehtiramdan və respublikamızla əməkdaşlığa olan maraqdanxəbər verdi. Belə ki, Prezident Qordana Silyanovska-DavkovanınAzərbaycanın beynəlxalq geosiyasi səhnədə fərqlənməsini xüsusi qeydetməsi, diplomatik və xidməti pasport sahibləri üçün viza tələbininaradan qaldırılması təklifini irəli sürməsi, respublikamızın həttatəyyarədən belə çox gözəl göründüyünü deməsi Azərbaycanlamünasibətlərin inkişaf etdirilməsinə olan böyük marağıntəzahürüdür. Şimali Makedoniyanın Azərbaycanla əlaqələrindərinləşdirilməsinə olan yüksək marağının əsas göstəricisi isərespublikamızla strateji əməkdaşlığa dair saziş imzalamağa hazırolmasıdır.

Bütövlükdə, Azərbaycan-Şimali Makedoniya əlaqələrinin inkişafıüçün böyük imkanlar var. Prezident Qordana Silyanovska-Davkovanınrəsmi səfəri və Bakıda keçirilən danışıqlar Azərbaycanla bu ölkəarasındakı əlaqələrin inkişafını sürətləndirəcək və yeni mərhələyəyüksəldəcək. Tezliklə Şimali Makedoniya Azərbaycanın Balkanlardakıyaxın tərəfdaşlarından birinə çevriləcək.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Chosen
4
4
az.trend.az

5Sources