ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Mişel Martinlə görüşü zamanı İrlandiyanın Amerika dərman sənayesini və ABŞ büdcəsinə daxil olmalı olan vergiləri “oğurladığını” deyib.
Trampın sözlərinə görə, Pfizer, Boston Scientific və Lilly kimi şirkətlər İrlandiyada dərman hazırlayır və sonra onları yenidən ABŞ-a satır, lakin vergiləri ABŞ deyil, İrlandiyada ödəyir.
“Əgər siz ABŞ-a nə isə satmaq istəyirsinizsə, mən sizə 200%-lik rüsum tətbiq edəcəyəm, ona görə də siz heç vaxt ABŞ-a heç nə sata bilməyəcəksiniz”, – “ Rossiyskaya qazeta” Amerika prezidentindən sitat gətirir.
Tramp həmçinin Aİ-ni “ABŞ-dan öz maraqları üçün istifadə edən” sistem yaratmaqda ittiham edib.
Bundan əvvəl məlum olub ki, Kanadanın yeni seçilmiş baş naziri Mark Karni Tramp ölkənin suverenliyinə hörmət nümayiş etdirəcəyi təqdirdə onunla danışıqlara hazırdır.
DOĞRU.AZ