EN

Ankara AB-yə təsirini gücləndirir

Türkiyə AB-yə təsirini gücləndirmək məqsədilə Ukraynada sülhməramlı missiyada iştirak etmək üçün öz qoşunlarını göndərə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məsələ ilə yaxından tanış olan mənbələrə istinadən məlumat yayıb.

“İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik müqabilində AB ilə daha sıx müdafiə və iqtisadi əməkdaşlıq istəyir, Avropa qitəsi isə Vaşinqtondan asılılığını azaltmağın yollarını axtarır. Müzakirələr xüsusilə Türkiyə hərbçilərinin Ukrayna sülhməramlı missiyasında iştirakı ilə bağlı ola bilər”,- mənbə bildirib.

Qeyd edək ki, ötən gün Polşa Baş naziri Tusk Türkiyəyə səfər edərək, Prezident Ərdoğanla görüşüb.

Chosen
3
axar.az

1Sources