“Liverpul” yayda bir sıra futbolçularla vidalaşacaq.
İngiltərə klubunun transfer planları ilə bağlı məlumatı insayder Florian Plettenberq yayıb. Onun bildirdiyinə görə, rəhbərlik komandanın heyətində əsaslı dəyişiklik etməyi planlaşdırır. Plana əsasən, qapıçı Kevin Kelleher, yarımmüdafiəçilər Vataru Endo və Harvi Elliott, həmçinin hücumçular Federiko Kyeza ilə Dioqo Jota “Liverpul”u tərk edə bilərlər.
Klubun yayda heyətinə bir neçə yeni futbolçu cəlb edəcəyi də gözlənilir.