EN

Ruslar bir qrup ukraynalı hərbi əsiri edam edib

Ruslar

Ruslar ukraynalı hərbi əsirləri öldürməkdə davam edir. Sosial şəbəkələrdə ruslar tərəfindən əsir götürülən silahsız ukraynalı hərbçilərin ehtimal olunan edamını əks etdirən daha bir video yayılır.

Reyting.az
bildirir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets məlumat verib.

“Yayımlanan videoda azı 5 hərbi əsirin öldürüldüyü göstərilir. Biz bir daha Rusiya ordusunun beynəlxalq humanitar hüquqa həyasızcasına etinasızlığını görürük”, - o qeyd edib.

Ombudsman hərbi cinayətin qeydə alınmasını təmin etmək üçün BMT və BQXK-ya məktublar göndərdiyini bildirib.

“Əmr verənlər və bu cür vəhşilikləri həyata keçirənlər ciddi şəkildə cavab verməlidirlər”, - deyə Lubinets əlavə edib.

V. QULİYEV
Chosen
2
1
reyting.az

2Sources