Goranboyda it dişlədiyi 63 yaşlı qadın Gəncədə xəstəxanaya gətirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından zərərçəkənin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.
Qeyd olunub ki, 13.03.2025-ci il tarixdə saat 09:00 radələrində 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləmə səbəbilə Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır” deyə məlumatda deyilir.
Qeyd edək ki, görə hadisə rayonun Baxcakürd kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü A.Kərimovanı həyətində saxladığı it dişləyib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu