EN

Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik - Tatyana Valovaya

Bakı. Trend:

Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətlisistem qura bilərik.

Trend xəbərverir ki, bu sözləri BMT-nin Cenevrə ofisinin baş direktoru TatyanaValovaya XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

"Hazırda dünyada inanılmaz dəyişikliklər baş verir. 2030-cu iləqədər bizim hədəflərimizin müəyyən hissəsi icra olunmamış qalır. Buda milyonlarla dollar tələb edir. Mövcud böhranlardan çıxışvariantı kimi BMT insanlara öz humanitar yardımını göstərir. Forumçərçivəsində dünya düzəninə təsir göstərən məsələlərin müzakirəsinəçağırıram. Biz qlobal səylərlə daha effektiv, inklizüv vəməsuliyyətli sistem qura bilərik", - deyə o bildirib.

T.Valovaya Bakı olmağından məmnunluğunu ifadə edib.

"Mən Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə, dəstəyəvə Qlobal Bakı Forumunu təşkil etdiyinə görə təşəkkür edirəm", -deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Məqalədə:
Chosen
19
1
az.trend.az

2Sources