EN

Coğrafi məsafəyə baxmayaraq dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir - Şimali Makedoniya Prezidenti

Bakı. Trend:

Azərbaycanda keçirilən XII Qlobal Bakı forumunda iştiraka dəvətetdiklərinə görə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yüksəksəviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlığımıbildirirəm.

Trend xəbərverir ki, bunu Şimali Makedoniya Prezidenti xanım QordanaSilyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimindəsöyləyib.

“Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklüəlaqələr birləşdirir. Bu iki ölkə çoxillik və bir çox dinibirgəyaşayışın qədim tarixi olan sivilizasiyaların kəsişməsindəyerləşir. Hər iki ölkə 1991-ci ildə müstəqilliyini bərpa edib vəBMT çərçivəsində çoxtərəfliliyə və əməkdaşlığa sadiqdirlər”, - deyəŞimali Makedoniya Prezidenti söyləyib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Chosen
32
1
az.trend.az

2Sources