EN

Argentinada təqaüdçülər etirazlara başlayıb » AzadMedia.az

Argentinada


Argentinada prezident Xavyer Miley hökumətinin iqtisadi siyasətinə qarşı etirazlar başlayıb.
AzadMedia.az xəbər verir ki, konqres qarşısında etiraz aksiyası zamanı təqaüdçülər, müxtəlif futbol komandalarının azarkeşləri ilə polis arasında toqquşma olub.

Polis hökumət rəsmilərinə daş atan bəzi nümayişçilərə qarşı su şırnaqları, gözyaşardıcı qaz və qumbaraatanlardan istifadə edib.
Qeyd edək ki artıq həftələrdir ki, təqaüdçülər Buenos-Ayresdə həyat standartlarının yüksəldilməsi tələbiylə etiraz aksiyası keçirirlər.

Ötən il hakimiyyətə gələn Xavier Miley son inflyasiya proseslərinə görə təqaüdlərin verilməsinin şərtlərində dəyişiklik olacağı bardə fərman imzaladı.
Hökumət bu yollA inflyasiyanı cilovlaya bilsə də, Təqaüdçülər 2024 cü ilin dekabrında yerli valyutanın 50 faiz dəyər itirməsindən sonra gəlirlərinin davamlı olaraq geri qalmasından şikayətlənirlər.

Chosen
4
1
azadmedia.az

2Sources