EN

Natiq Əlisoy və şirkətinin 21 milyon manatlıq - TENDERLƏRİ – MƏBLƏĞLƏR, SİYAHI

Son illər Azərbaycanda dövlət satınalmalarında fəal iştirak edən fiziki şəxslərin sayı artmaqdadır.

Azərbaycanda yemək tenderləri: 100 milyonluq sifariş 2 şirkətə çatıb - QURUMLAR, ŞİRKƏTLƏR, SİYAHI 

FED.az xəbər verir ki, onlardan biri də Natiq Əlisoy Hüseyn oğludur. Son illərdə bir çox yüksək məbləğli tenderlərin qalibi olan Natiq Əlisoy həm fiziki şəxs kimi, həm də rəhbəri olduğu “Gulay-Food” MMC vasitəsilə böyük dövlət sifarişlərini qazanıb.

Qeyd etmək yerinə düşər ki, N.Əlisoy və onun qanuni təmsilçisi olduğu şirkət əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tenderlərində qalib olublar. 

FED.az xəbər verir ki, N.Əlisoyun fiziki şəxs qismində qazandığı tenderlərin ümumi dəyəri 15 milyon 193 min manat təşkil edir. Onun qalib gəldiyi ən iri məbləğli tender Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi mənzil satınalma müsabiqəsi olub. 23 avqust 2023-cü ildə bağlanmış bu müqavilə ölkənin müxtəlif şəhər və rayonlarda əlillər və şəhid ailələri üçün mənzillərin alınmasını əhatə edib. Tender çərçivəsində alınan sifarişin dəyəri 8 milyon 149 min manat təşkil edib.

Daha 7 milyon manatlıq dövlət sifarişi isə əlil və şəhid ailələrinə mənzillərin alınması tenderləri üzrə bağlanılıb.

Natiq Əlisoyun adı təkcə fiziki şəxs kimi deyil, həm də "Gulay-Food" MMC-nin (VÖEN 1602518151) qanuni təmsilçisi kimi önə çıxır. Şirkət 2016-cı ildə yaradılıb və nizamnamə kapitalı cəmi 1 manat olsa da, 2023-cü ildə Sosial Xidmətlər Agentliyinin 6 120 881 manatlıq tenderini qazanıb. Bu tender sosial xidmət müəssisələrinin sakinlərinin yeməklə təmin edilməsi ilə bağlı olub.

Tenderdə ümumilikdə 583 min yemək porsiyası nəzərdə tuulub.

Tenderlər haqqında daha detallı məlumat aşağıdakı cədvəldə:

Satınalan təşkilatın adı

Satınalma predmeti

Məbləğ

Tarix

 

Əlisoy Natiq Hüseyn oğlu

ƏƏSMN

"Sosial Xidmətlər Agentliyi" PHŞ

Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Salyan rayonunda 32 ədəd üçotaqlı mənzilin satın alınması


2 197 760 AZN


07.03.2025

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması

 


1 554 240 AZN


30.12.2023

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki,Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması

 


8 149 930 AZN


23.08.2023

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı mənzillərin satınalınması

 


3 291 150 AZN


14.12.2022

 

"Nərimanov Tibb Mərkəzi" PHŞ

İcarə xidmətlərinin satın alınması


28 560 AZN


26.04.2022

 

Məbləğ

15 193 080 AZN

 

"Gulay-Food" MMC – qanuni təmsilçi Natiq Əlisoy

 

ƏƏSMN

"Sosial Xidmətlər Agentliyi" PHŞ

 

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların naharla təmin olunması xidmətinin satın alınması

(583 min porsiya)

 

6 120 881 AZN

23.02.2024

 

ƏƏSMN

"Dayaniqli və Operativ Sosial Təminat (DOST) Agentliyi" PHŞ

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların naharla təmin olunması xidmətinin satın alınması

(12 250 porsiya)

 

43.365 AZN

23.11.2023

 

Məbləğ

6 164 881 AZN

 

 

Chosen
2
fed.az

1Sources