EN

Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı 2,1 dəfə azalıb

Ötən il Azərbaycandan Gürcüstana 1,1 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.

Finss.az DövlÉ™t Statistika KomitÉ™sinin açıqladığı mÉ™lumatlar É™sasÉ™n xÉ™bÉ™r verir ki, bu hÉ™cmdÉ™ elektrik enerjisinin ixracından É™ldÉ™ olunan gÉ™lir 58,3 milyon ABÅž dolları təşkil edib.

Gürcüstana elektrik enerjisi ixracı əvvəlki illə müqayisədə həcm ifadəsi ilə 934 milyon kVt/saat və ya 45,1%, dəyər ifadəsi ilə 63,1 milyon ABŞ dolları, yaxud da 2,1 dəfə azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycandan Gürcüstana 2,1 milyard kVt/saat həcmində, 121,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Fuad Mədətov
Finss.az

Chosen
13
2
fins.az

3Sources