EN

Finlandiya Ukraynaya qoşun yeritməyi düşünmür

Finlandiya Ukraynaya qoşun göndərməyi düşünmür.

Editor.az xəbər verir ki, baş nazir Petteri Orpo qanunverici orqanın saytında dərc olunan parlamentdəki çıxışında bu ifadələrdən istifadə edib. “Biz Ukraynaya hər cür lazımi yardım göstərməyə hazırıq, lakin hərbi personalı göndərməyəcəyik”, – Finlandiya hökumətinin başçısı bildirib.

Orpo vurğulayıb ki, Finlandiya hərbçiləri qonşu ölkənin ordusu ilə “münaqişə riski” ilə üzləşsələr, son dərəcə təhlükəli vəziyyət yarana bilər.

//Gülnarə Abasova, Editor.az

Chosen
9
editor.az

1Sources