EN

Sabah 26 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz+15 dərəcədən +20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civəsütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %,gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuzkeçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyiəsəcək.

Havanın temperaturu gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz+21 dərəcədən +26 dərəcəyədək, dağlarda gecə +3 dərəcədən +8dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.

Məqalədə:
Chosen
43
12
az.trend.az

10Sources