EN

Bu futbolçular cəzalandırıldı

Əvəzedicilər Liqasında çıxış edən “Neftçi-2” və “Turan Tovuz-2” klublarının futbolçuları 4 oyunluq cəzalanıblar. Metbuat.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.Komandalar arasında baş tutan görüşün 90+5-ci dəqiqəsində meydan sahiblərindən Həbib İsmayılov, qonaqlardan isə Sadiq Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Hər iki klub futbolçusunun hərəkətinə görə 300 manat ziyana düşüb.Görüşün 87-ci dəqiqəsində “Neftçi-2”nin futbolçusu Kamal Kazımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 50 manat cərimələnib.Tovuz təmsilçisinin futbolçusu Cavid Qasımov isə 90+1-ci dəqiqədə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat oyunçular skamyasının oturacağını sındırdığına görə 1 oyun cəzalanıb. “Turan Tovuz-2” 100 manat cərimələnməklə yanaşı, stadionun əmlakına dəymiş zərəri də qarşılamalı olacaq.

“Turan Tovuz-2”nin digər futbolçusu Dinamin Bağırov 90+6-cı dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzaya məruz qalıb, klubunu isə 50 manat ziyana salıb. Tovuz klubu həmçinin 3 futbolçusu qırmızı vərəqə aldığına görə əlavə olaraq 300 manat ödəyəcək.

Chosen
3
1
metbuat.az

3Sources