EN

Vəziyyəti ağırlaşdı, aparata qoşuldu - FOTOLAR

Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyelinin günlərdir sosial media hesabında paylaşım etməməsi pərəstişkarlarının narahatlığına səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan Tanyelinin intubasiya (xəstənin ağciyərlərini süni tənəffüs aparatı ilə birləşdirmək üçün nəfəs borusuna xüsusi boru yerləşdirilməsi - red.) edildiyi məlum olub.

Ötən gecə onun vəziyyəti ağırlaşdığı üçün aparata qoşulub.

Qeyd edək ki, Tanyeli 2014-cü ildə bursalı iş adamı İlker Sünneli ilə ailə qurub.

"Cebheinfo.az" 

Chosen
8
4
cebheinfo.az

5Sources