EN

Ölümcül təhlükə: Türkiyə saxta içkilərlə doludur - Səbəb nədir?

Bu gün, 16:00

Türkiyə şəhərləri saxta spirtli içkilərlə doludur. Yanvarın 14-də İstanbulda kütləvi zəhərlənmə baş verib, 11 nəfər spirtli içkidən ölüb. İlin əvvəlindən Ankara və İstanbulda saxta istehlakdan ölənlərin sayı 100 nəfəri keçib.
reportyor.tv xəbər verir ki, belə br araşdırmanı "Moskovskiy Komsomoles" portalı (mk.ru) dərc edib. Sayt yerlilərin nə içdiyini və surroqatın niyə populyarlaşdığını öyrənib.
Bildirilir ki, İstanbulda zəhərlənmə hallarının əksəriyyəti Türkmənistan və Özbəkistandan olan insanların daha çox yaşadığı ərazilərdə qeydə alınıb. Saxta spirtli içkilərin hazırlanması və satışı ilə məşğul olmaqda şübhəli bilinən 15 nəfər saxlanılıb, onlardan 4-ü məhkəmənin qərarı ilə həbs edilib. Hakimiyyət 60-dan çox müəssisənin saxta spirtli içki satışı ilə bağlı lisenziyasını ləğv edib.
Surroqatların yayılması spirtli içkilərin, xüsusən də xaricdən gətirilənlərin yüksək qiymətləri ilə bağlıdır. Türk şərabının bir şüşəsi minimum 300 lirə (9 dollar), xaricdən gətirilən şərab 600 lirədən başlayır. Yerli istehsal olan pivənin bir qutusu 80 lirədən (2 dollar) başlayır, rakının orta qiyməti isə 1000 lirə (27 dollar) civarındadır.
Türklərin əksəriyyəti rakı "su ilə qarışdırılıb şərab səviyyəsinə gətirilən güclü spirtli içki" içməyə üstünlük verir.
Türkiyənin Antalya sakini sayta deyib ki, bəzi türklər özləri şərab hazırlayırlar.
- Keçən il dükanlardan birinin sahibi məni bu “ev məhsulu”na qonaq etdi. İmtina ədəbsiz görünə bilərdi. Onun hazırladığı içki dəhşətli bir şey idi. Fincanın yarısını belə bitirmək mümkün deyildi. Dostuma təşəkkür edib, içkini sakitcə yerə boşaltdım.
“Ümumiyyətlə, əhalini çətin ki, içki içən adlandırmaq olar, onlar alkoqoldan çox çay və şirniyyata üstünlük verirlər. “Ölkədə bir çox qənnadı məmulatları gecə-gündüz işləyir”, - qəzetin həmsöhbəti bildirib.
Ətraf Mühitin Monitorinqi üzrə İctimai Şuranın üzvü Olqa Lakustova zəhərlənmələrlə bağlı xəbərlərin Türkiyədə turizm mövsümünü poza biləcəyini deyib.
- Amma məncə, bu mövsüm turistləri Türkiyə kurortlarında heç nə qorxutmayacaq. Çünki ötən ilin dekabrında mazut daşıyan tankerlərin batması ilə bağlı Rusiya sahillərinin kifayət qədər böyük hissəsi çimərlik tətili üçün yararsız olacaq. Fövqəladə Hallar Nazirliyi və könüllülər hazırda sahildə fəal işləyirlər, lakin fəlakətin miqyası çox böyükdür.
Ən optimist proqnozlara görə, fəsadlar yalnız 2026-cı ilin yay mövsümündə aradan qaldırılacaq. Bununla belə, sahilin hətta gələn ilin yayına qədər 100% uyğun olub-olmayacağı çox mübahisəli sualdır. Müxtəlif ekspertlər vəziyyəti fərqli qiymətləndirirlər. Bəziləri nəticələrin tamamilə aradan qaldırıla biləcəyini, bəziləri isə sahilin və dənizin tamamilə təmizlənməsinin ən azı 10 il çəkəcəyini düşünür.
Odur ki, Türkiyə kimi ruslar arasında populyar turizm istiqamətinin bu il nə olursa olsun yüksək tələbat olacağını güman etmək məntiqlidir. Düşünürəm ki, yerli hakimiyyət orqanları mövsümün əvvəlinə qədər saxta spirt məsələsini həll etməyə çalışacaq, çünki unutmaq olmaz ki, Türkiyənin də eyni qiymət intervalında rəqibləri var, məsələn, Misir, Tunis və s.

Chosen
30
2
Reportyor.tv

3Sources