ABŞ tərəfindən PEPFAR (ABŞ Prezidentinin QİÇS-lə Mübarizə üzrə Fövqəladə Planı) proqramının maliyyələşdirilməsinin dondurulması 50-dən çox ölkədə İnsan immunçatışmazlığı virusunun (İİV) müalicəsinin, testləşdirilməsinin və profilaktikasının dayandırılmasına səbəb olub.
Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.