EN

Vitali Borisov futzal millisinin baş məşqçi postunu tərk edəcək

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov postundan gedəcək.

"Cebheinfo.az" Sport24.az-a istinadən xəbər verir ki, artıq onunla bağlı qərar verilib.

Yığmanın AVRO-2026-nın əsas mərhələsində uğursuz çıxışı və komandanın pley-offa yüksəlmək şansını qaçırması rəsmiləri bu addımı atmağa vadar edib.

Qeyd edək ki, Borisovun baş məşqçisi olduğu milli son görüşdə Yunanıstana 2:3 hesabı ilə yenilib.

"Cebheinfo.az" 

Chosen
26
1
cebheinfo.az

2Sources