EN

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir - ÜST-ün direktoru

Bakı. Trend:

“Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir.Yeganə imkan birgə mübarizədir”.

Trend xəbərverir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Çoxqütblü dünyaüçün multilateralizmə yenidən baxılması” adlı panel iclasındaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros AdhanomQebreyesus deyib.

O bildirib ki, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmasıitkidir: “Lakin biz yeganə təşkilat deyilik. ABŞ inkişafa dəstəyin30 faizini ödəyir. Odur ki bu maliyyənin ödənilməməsi səhiyyəyətəsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna(QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımınıngöstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq.Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanıngecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə, Afrika qitəsiniqeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətinidayandırmalı olacağıq”.

“ABŞ-dan gələn resurslar ölkələrdə fövqəladə halların idarəedilməsinə kömək edir. Maliyyə dayansa, bu sözsüz ki, çox böyükproblemlərə səbəb olacaq. Fövqəladə hallara hazırlıq zəifləyərsə,bir çox xəstəliklərə vaxtında müdaxilə etmək mümkün olmayacaq. ABŞislahatlar istəyirsə, biz bütün islahatlara açığıq”, - deyə o əlavəedib.

Məqalədə:
Chosen
12
6
az.trend.az

7Sources