Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində martın 12-də Qars Qafqaz Universitetində görüş keçirilib.
Newscenter.az xəbər verir ki, 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu ilə Qafqaz Universiteti arasında imzalanan memorandum çərçivəsindəki əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib. Əlaqələrin inkişafına müsbət təsiri nəzərə alınaraq, memorandumun müddəti daha 5 il müddətinə uzadılması barədə sənəd imzalanıb.
Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı elmi-praktik əlaqələrin genişləndirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi və digər mövzuları əhatə edir.
Süleyman