EN

Trampın xüsusi elçisi Vitkoffun korteji Moskvada görünüb

Moskvada ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoffun olduğu ehtimal edilən kortej görüntülənib.

Həmin gün xüsusi nümayəndənin təyyarəsi Rusiyaya səfəri ilə bağlı xəbərlər fonunda Qətərdən şimala yola düşüb. Sonradan məlum olub ki, təyyarə Moskvanın Vnukovo hava limanına enib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, amerikalı müzakirəçilər Rusiyaya uçur və ABŞ ilə təmaslar planlaşdırılır.

Onun sözlərinə görə, bir gün əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilə Rusiya liderinin köməkçisi Yuri Uşakov arasında telefon danışığı olub.

Chosen
14
aznews.az

1Sources