EN

BMT-nin çoxtərəfli sənədləri artıq müasir çağırışlara cavab verə bilməz - Şimali Makedoniya Prezidenti

Bakı. Trend:

BMT-nin çoxtərəfli sənədləri artıq müasir çağırışlara cavab verəbilməz.

Trend xəbər verir ki, bunu bu gün XII QlobalBakı Forumunda çıxışı zamanı Şimali Makedoniya Prezidenti QordanaSilyanovska-Davkova deyib.

"1945-ci ildəki kimi iddialı məqsədlərlə 2025-ci ildə BirləşmişMillətlər Təşkilatının yaradılmasını təsəvvür etmək demək olar ki,mümkün deyil. BMT beynəlxalq münasibətlərdə daha az mürəkkəblik vədaha çox proqnozlaşdırıla bilən, çoxdan keçmiş bir dövr üçünyaradılmışdır. O vaxtdan bəri dünya əhəmiyyətli geosiyasi,geoiqtisadi, elmi, texnoloji və sənaye transformasiyalarındankeçib. Üzv dövlətlərin sayı və dünya əhalisi artıb. Qloballaşmadərinləşdi və çağırışlar çoxaldı.

Bununla belə, BMT-nin səlahiyyətləri, strukturları vəprosedurları təsis edildiyi gündən bəri əsasən dondurulmuşvəziyyətdə qalıb. Lazım olan islahatlar üçün bir çox imkanlar əldənverildi. BMT-nin köhnəlmiş çoxtərəfli alətləri artıq müasirgeosiyasi, iqtisadi, ekoloji, demoqrafik və texnoloji çağırışlaracavab verə bilmir", - o bildirib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatına bu günhəmişəkindən daha çox ehtiyac var.

"Bununla belə, nadir hallarda BMT indiki kimi siyasi cəhətdənmarjinallaşdırılıb", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Chosen
20
2
az.trend.az

3Sources