Bakı. Trend:
Hazırkı münaqişələr dünya düzəninin həssaslığını nümayişetdirir.
Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcəküçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusundakeçirilən panel iclasında Türkiyə Prezidentinin xarici siyasət vətəhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçdeyib.
"Son və davam edən münaqişələr - Qəzzadakı müharibə, Ukraynadakımüharibə, Qərbi Afrika və Cənubi Asiyadakı böhranlar hazırkı dünyadüzəninin həssaslığını nümayiş etdirir. Azərbaycanla Ermənistanarasında münaqişə 30 ildən artıq davam edib. Biz var gücümüzləqışqırdıq ki, problem mövcuddur, ədalətsizlik baş verib, ammadüzgün hərəkət etməli olanlar susmağı üstün tutdular", - obildirib.
Kılıç qeyd edib ki, sülhə və İkinci Dünya Müharibəsindən sonraqurulan sistemə inam məhv edilib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.