Türkiyə nümayəndə heyəti danışıqlar aparmaq üçün Dəməşqə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Anadolu məlumat yayıb.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın daxildir.
Qeyd olunub ki, onlar Dəməşqdə bir sıra rəsmi görüşlər keçirəcəklər.
Məlumata görə, H.Fidan artıq Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşüb.
Qeyd edək ki, bir neçə dəqiqə öncə İsrail Ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirdiyini açıqlayıb.