EN

“Qudurğan…” – “Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırdı

 “Yelo Bank”ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə tanınmış vəkil Aqil Layıc özünün Facebook-da paylaşım edib.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.
 Aqil Layıcın statusuna şərh yazan şəxslərdən bir iddia edib ki, davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub. Zərərçəkmiş Təbriz Quliyev isə insident zamanı söyüş söyülmədiyini, Vüqar Xəlilovun müştərilərlə kobud danışdığını və mübahisənin də buna görə baş verdiyini deyib.
Qeyd edək ki, insidentlə bağlı cinayət işi açılıb.
Vüqar Xəlilovun fotosunu təqdim edirik:
Chosen
27
10
heftelik.az

10Sources