Xəbərimiz verdiyimiz kimi “Yelo Bank”ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.
Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.
Hadisənin yeni təfərrüatları məlum olub. Aqil Layıcın statusuna şərh yazan şəxslərdən qeyd edib ki, davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub.