EN

Babəkdə təcili tibbi yardım avtomobili qəzaya uğradı: Xəsarət alanlar var – FOTO

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə Babək rayonu ərazisində baş verib.

Çağırışa gedən markalı təcili tibbi yardım avtomobili “Mercedes” avtomobili ilə toqquşub.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

2753054d 4a4eaa26 5e7aea09

Chosen
12
18
konkret.az

10Sources