EN

Asqırarkən əngəl olmaq ağciyəri zədələyə bilər

“Asqırmaq istəyərkən bu təbii prosesə əngəl olmaq selikli qişanın zədələnməsinə və hətta ağciyərin zədələnməsinə səbəb ola bilər”.

Qaziler.az xəbər verir ki, bunu terapevt Andrey Zvonkov “LIFE.ru”ya bildirib.

Onun sözlərinə görə, insan asqırmaq lazım olan zaman qəsdən ağzını və burnunu sıxaraq tutanda tənəffüs sistemində həddindən artıq təzyiq yaranır.

Hava sızması bəzi ağciyər zədələnməsinə səbəb ola bilər. Əlbəttə ki, bu baş verə bilər. Bu tez-tez baş verməsə də, amma mümkündür, bunu istisna etmək olmaz. Belə hallarda pnevmotoraks da inkişaf edə bilər”, - Zvonkov vurğulayıb.

Həkim əlavə edib ki, həddindən artıq yüksək asqırmanın da riskləri var. O izah edib ki, bəzi insanlar üst çənəyə sabitlənməyən süni dişlərini itirə bilər.

QAZİLER.AZ

Chosen
10
qaziler.az

1Sources