ABŞ prezidenti Donald Tramp KXDR ilə dialoqu bərpa etmək istədiyini bildirib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə bildirib.
“Əgər mən seçilməsəydim, Hillari Klinton [2016-cı ildə ABŞ prezidenti kimi] seçilsəydi, Şimali Koreya ilə nüvə müharibəsi aparacaqdınız”, – Tramp deyib.
Tramp əlavə edib ki, o və Koreya lideri artıq Sinqapur və Vyetnamda görüşüblər. Onlar yaxşı şəxsi münasibətlər qurublar.
QAZİLER.AZ