EN

Ağstafada kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

Ağstafada 9 nəfər dönərdən zəhərlənib.

Day.Az-ın əldə etdiyi məlumata görə, 3-ü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onların rayon ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Zəhərlənənlərdən 3-ü ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
3
1
day.az

2Sources