EN

Tramp: "Qrenlandiya ABŞ-yə birləşəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qrenlandiyanın Amerika ərazisinə birləşməsi baş verəcək, çünki bu, beynəlxalq təhlükəsizlik üçün zəruridir.

hakimiyyet.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin rəhbəri NATO-nun baş katibi Mark Rütte ilə görüşün əvvəlində bildirib.

"Mən hesab edirəm ki, bu baş verəcək", - deyə ABŞ lideri Qrenlandiyanın ABŞ-yə birləşməsinin perspektivini şərh edərkən deyib.

D.Tramp əlavə edib ki, hazırda Danimarkanın bir hissəsi olan Qrenlandiyanın ABŞ-yə birləşməsi beynəlxalq təhlükəsizlik baxımından zəruridir.

Chosen
17
3
hakimiyyet.az

4Sources