Amerikada sərnişin təyyarəsində yanğın olub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinada xəbər verir.
Məlumata görə, Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında American Airlines-a məxsus sərnişin təyyarəsində baş verən yanğından sonra evakuasiya həyata keçirilib.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) sərnişinlərin təhlükəsiz şəkildə təxliyyəsi üçün şişmə slaydlardan istifadə edildiyini açıqlayıb.
FAA-nın məlumatına görə, təyyarə Kolorado-Sprinqsdən havaya qalxaraq Texas ştatının Dallas Fort Uort beynəlxalq hava limanına doğru hərəkət edib. Lakin ekipajın "mühərrikin titrəməsi" xəbərindən sonra təyyarə Denverə enib.
Bildirilib ki, təyyarə eniş etdikdən sonra uçuş-enmə zolağında irəliləyərkən alovlanıb. American Airlines təyyarənin göyərtəsində altı ekipaj üzvü də daxil olmaqla 172 sərnişinin olduğunu və hər kəsin təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib.
Murad Məmmədli