EN

Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mart ayının 15-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya BŞİH-nin Mətbuat xidmətindən məlumat verilib. 

İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin  sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır. 

Sakinlərə müraciətdə qeyd olunub ki, bununla hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.

Chosen
96
14
qafqazinfo.az

10Sources