EN

TV kanalında əməliyyat - 59 nəfər saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən başladılan qanunsuz mərc oyunları istintaqı çərçivəsində Flash TV, Pozitifbank və Payfix-ə dövlət tərəfindən müsadirə edilib.

Milli.Az xəbər verir ki, şirkətlərin sahibi Erkan K. da daxil olmaqla 59 şübhəliyə qarşı əməliyyat keçirilib.

İstintaqa görə Erkan K. 2014-cü ildə maliyyə sisteminə daxil olub, qanunsuz mərc gəlirləri ilə Payfix-i quraraq xarici mərc saytlarının Türkiyədə fəaliyyətini təmin edib. Saxta hesablarla pulların leqallaşdırıldığı və 4,2 milyard TL-dən çox vəsaitin kripto platformalarına köçürüldüyü müəyyən edilib.

Erkan K.-nın bu qanunsuz gəlirlərlə Pozitifbankı aldığı, müxtəlif şirkətlər quraraq çirkli pulları leqallaşdırdığı iddia edilir. Onun və digər şübhəlilərin əmlaklarına, o cümlədən 23 şirkət, 114 avtomobil, bank və kripto hesabları müsadirə edilib.

İslam
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Chosen
7
1
milli.az

2Sources