EN

Şimanski: "Komandam və azarkeşlərimizlə fəxr edirəm"

UEFA Avropa Liqasının 1/8 finalında "Reyncers"ə penaltilər seriyasında 3:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan "Fənərbaxça"nın ulduz futbolçusu Sebastian Şimanski oyunla bağlı açıqlama verib. 

Apasport.az xəbər verir ki, matçın ulduzu Sebastian Şimanski  qarşılaşma ilə bağlı bunları deyib: 

"Meydanda 120 dəqiqə rəqibdən üstün olduq, amma təəssüf ki, penaltilərdə mübarizədən kənarda qaldıq. Futbol belədir. Hamı gördü ki, gözəl futbol oynadıq. Komandam və azarkeşlərimizlə fəxr edirəm. İstədiyimiz kimi olmadı. Məğlub olduq. Nə qədər yaxşı oynasaq da, uduzduq".

Qeyd edək ki, “Fənərbaxça” ilk oyunda 1:3 hesabıyla məğlub olub və cavab görüşündə 2:0 hesablı qələbə qazandığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan “Reyncers” 1/4 finala vəsiqə qazanıb.

“Barselona” İspaniya millisinin üzvü ilə müqavilə yeniləyib

Kimmix “Bavariya” ilə “yola davam” dedi

Veteran qolkiper dünyasını dəyişib

İtaliyalı qolkiper ÇL-də həftənin oyunçusu seçilib

Fatih Tekkenin müqaviləsinin detalları açıqlanıb

Chosen
3
apasport.az

1Sources