EN

Gömrük Hospitalı və "Yeni Klinika" maaşları vermir?

Mərkəzi Gömrük Hospitalı və Yeni Klinikanın əməkdaşlarının maaşlarını ala bilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Hurriyyet.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalından APA-ya əməkdaşların əmək haqqı ödənişlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyi bildirilib.

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova deyib ki, həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatları tam həcmdə ödənilir: "Bütün həkimlər pullarını vaxtında alırlar".

Eyni qaydada TƏBİB-dən qeyd olunub ki, Yeni Klinika ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Həkimlərin maaşları tam həcmdə ödənilib".

Qeyd edək ki, bir neçə gün öncə hər iki tibb müəssisəsinin əməkdaşlarının maaşlarının ödənilməməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər 2 il müddətində maaşlarının ödənilməsində yaranan ciddi problemlərlə bağlı şikayət ediblər. Həmçinin Yeni Klinikada fevral ayı üçün əmək haqqının ödənilməməsi ilə bağlı iddialar yayılıb.

Chosen
36
16
hurriyyet.az

10Sources